Rusiyada bu il 385 min nəfər hərbi xidmətə qəbul olunub

   Rusiyada bu il 385 min nəfər hərbi xidmətə qəbul olunub
  25 Oktyabr 2023    Oxunub:938
Gələn il Rusiya Silahlı Qüvvələri daha bir ordu korpusu, 7 diviziya, 19 briqada, 49 alay və donanma yaratmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Rusiya Federasiyası Silahlı Qüvvələrinin kompleksləşdirilməsi ilə bağlı keçirdiyi müşavirədə bildirib.

O, prezident Vladimir Putinin 2024-cü ildə Rusiya Silahlı Qüvvələrinin müqaviləli hərbçilərin kompleksləşdirilməsinin başa çatdırılmasını davam etdirməyi tapşırdığını söyləyib.

"Hərbi xidmətə seçim tempi əhəmiyyətli dərəcədə artıb, hər gün 1600-dən çox insan Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlayır. İlin əvvəlindən 385 min nəfər hərbi xidmətə qəbul olunub, onlardan 305 mini müqaviləli hərbçi, 80 mini könüllüdür", deyə Medvedyev qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti