BMT: Dünyada 114 milyon insan köçkün düşüb
"Müharibə, təqib, zorakılıq və insan hüquqlarının pozulması nəticəsində dünya miqyasında didərgin düşmüş insanların sayı sentyabrın sonunda 114 milyonu keçib", - qeyd olunub.
BMT QAK bildirib ki, 2023-cü ilin birinci yarısında insanları məcburi köçkün durumuna salan əsas hərəkətverici qüvvələr Ukrayna, Sudan, Myanma və Konqo Demokratik Respublikasındakı münaqişələr olub, eyni zamanda, Əfqanıstanda uzun sürən humanitar böhran, Somalidə quraqlıq, daşqınlar da bu prosesdə rol oynayıb.
"İndi dünyanın diqqəti haqlı olaraq Qəzzadakı humanitar fəlakətə yönəlib. Lakin qlobal miqyasda münaqişələrin sayı artır və ya böyüyür, bu, günahsız insanların həyatını məhv edir. Beynəlxalq ictimaiyyətin münaqişələri həll etmək və ya yenilərinin qarşısını almaqda acizliyi köçkünlük və səfalət yaradır. Biz münaqişələrə son qoymaq üçün birlikdə işləməliyik və qaçqınların və digər köçkünlərin evlərinə qayıtmasına və ya öz həyatlarını yenidən başlamasına imkan verməliyik", - BMT-nin qaçqınlar üzrə komissarı Filippo Qrandi bildirib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü yeni rəqəmin agentliyin 1975-ci ildə məlumat toplamağa başlamasından bəri rekord olduğunu deyib. BMT QAK bildirib ki, evlərini tərk etməyə məcbur olan insanların yarısından çoxu heç vaxt beynəlxalq sərhədi keçmir.
AzVision.az
Teqlər: