İsrail quru əməliyyatını müvəqqəti təxirə salıb

   İsrail quru əməliyyatını müvəqqəti təxirə salıb
  25 Oktyabr 2023    Oxunub:920
İsrail ABŞ-nin Yaxın Şərqə əlavə raket hücumundan müdafiə (RHM) sistemləri göndərməsi üçün quru əməliyyatının başlanmasını ləngitməyə razılaşıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton İraq, Suriya, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki Amerika qoşunlarını qorumaq üçün Yaxın Şərqə təxminən 10 hava hücumundan müdafiə sistemi (HHM) yerləşdirmək niyyətindədir. İsrail hökuməti də ABŞ-nin bu sistemləri yerləşdirməsini gözləməyə razılaşıb. Əlavə HHM sistemlərinin yerləşdirilməsinin artıq bu həftə başa çatdırılması gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti