Rusiyada naməlum xəstəlik yayılıb

   Rusiyada  naməlum xəstəlik  yayılıb
  26 Oktyabr 2023    Oxunub:1055
Rusiyanın Krasnoyarsk diyarının şimalında naməlum xəstəlik yayılıb. AzVision.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Qeyd edilir ki, artıq Essey kəndində 38 hadisə qeydə alınıb. Əksər xəstələrdə qırmızı səpgi müşahidə edilir. Əsasən uşaqlar həkimlərə müraciət edirdilər.

Rusiyada qızılcaya yoluxanların sayı artıb
Regionun Səhiyyə Nazirliyinin mətbuat xidməti naməlum xəstəliklə bağlı yayılan xəbərləri təsdiqləyib. Mətbuat xidməti xəstəliyin ağır hallara gətirib çıxarmadığını də qeyd edib.

"Rospotrebnadzor" isə bəyan edib ki, artıq Esseyə yoluxucu xəstəliklər üzrə mütəxəssislər, sanitar reysi göndərilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Xəstəlik  





Xəbər lenti