İranda müəllim çatışmazlığı böhranı: 10 min sinifdə müəllim yoxdur
Son bir neçə gündə İran səlahiyyətliləri ölkənin müxtəlif əyalətlərində məktəblərin fərqli nisbətdə ən azı 250-300 min müəllimin çatışmadığını bildiriblər. Müəllim çatışmazlığı ilə üzləşən siniflərin hazırkı sayı isə 10 mindir.
Təkcə Tehran vilayətində 4 min sinifdə müəllim çatışmadığı təxmin edilir.
Təhsil sahəsində məhrum bölgələrdən biri olan Sistan və Bəlucistan əyalətinin 15 min müəllimə ehtiyacı var.
Bu rəqəmlər indi çox yüksək və narahatedici görünür, lakin proqnozlar növbəti illərdə bu müstəvidə həyəcanın daha da artacağından xəbər verir.
AzVision.az
Teqlər: İran müəllimlər