HƏMAS İsrail helikopterini vurub

HƏMAS İsrail helikopterini vurub
  26 Oktyabr 2023    Oxunub:966
HƏMAS-a bağlı "İzzəddin əl-Qəssam" silahlı qrupu İsrail ordusuna məxsus helikopterin vurulduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə HƏMAS-ın məlum briqadasının Telegram kanalında məlumat yayılıb.

“Biz Sam7 raketini Əl-Bureyc düşərgəsinin şərqində düşmən helikopterinə doğru atdıq. Döyüşçülərimiz zərbə anının qeydə alındığını iddia edirlər”, - HƏMAS-ın məlumatında qeyd edilib.

O da vurğulanır ki, helikopter Qəzza zolağı üzərində uçurmuş.

Xatırladaq ki, bir müddət öncə ÇAXAL İsrailin tanklardan istifadə edərək Qəzza zolağına müdaxilə etdiyini bildirmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   HƏMAS  





Xəbər lenti