İranda daha 6 bəhai həbs cəzasına məhkum edilib
Həmin hökmləri Tehran İslam İnqilabı məhkəməsinin 29 saylı şöbəsinin müdiri Əli Məzlum çıxarıb.
Bu altı vətəndaş 2021-ci ilin sentyabrından 2022-ci ilin aprelinə qədər nəzarətdə saxlanılıb və ya sorğu-sual edilib. Sonradan onların hər biri bir milyard tüməndən iki milyard tümənə qədər girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
Bəhai dinini rəsmən tanımayan İran hökumətinin təhlükəsizlik orqanları dəfələrlə bəhailəri “təhlükəsizliyə təhdid”də günahlandırıb.
Bəhailər universitetdə oxumağın qadağan edilməsi, geniş iş yerlərindən kənarda qalma, dövlət sektorundan qovulma və özəl sektorda çoxsaylı məhdudiyyətlərin yaradılması, o cümlədən İranda bəhai vətəndaşlarına qarşı tətbiq edilən məhdudiyyətlər və repressiv tədbirlərlə üzləşirlər.
AzVision.az