İrana hücum olacaq? - Pentaqonun keçmiş müşavirindən şok iddia

  İrana hücum olacaq?    - Pentaqonun keçmiş müşavirindən şok iddia
  26 Oktyabr 2023    Oxunub:1130
"ABŞ prezidenti Co Baydeni İrana hücum etməyə məcbur edirlər. Xüsusilə, senator Lindsey Qraham və onun keçmiş həmkarı Cozef Liberman təxribatlarla məşğuldur".
Bu fikirlər Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqorun "Judging Freedom"a verdiyi müsahibədəndir.

ABŞ Ukraynada gözlənilməz addımlara hazırlaşır?
Onun sözlərinə görə, adlarını çəkdiyi şəxslər indi deyil, uzun illərdir ki, bu istəkərini ortaya qoyurlar. Analitikin fikrincə, “onların prezidentə hansısa birbaşa təkan və ya təzyiqinə belə ehtiyacı yoxdur. Çünki həmin şəxslərin Baydenin kabinetində İrana hücumda maraqlı olan xeyli adamı var”.

Ekspertin fikrincə, İranla müharibə ideyasına dair vəsvəsələr ABŞ siyasi elitasının nümayəndələri arasında Yaxın Şərq münaqişəsinin digər aspektlərini ört-basdır edir. Lakin onların məlum planları reallaşarsa, ABŞ Türkiyə, Suriya və Rusiya kimi digər oyunçularla da məşğul olacaq.

Makqreqor həmçinin qeyd edib ki, Rusiya Federasiyası “əlini yanına sallayıb və ya sakit oturub İranın məhvinə baxmaq” niyyətində deyil.

Onun sözlərinə görə, Kreml Birləşmiş Ştatlarla “müharibə aparmaqda maraqlı olmayacaq”. Moskva heç “İsraillə müharibəni də qəti şəkildə istəmir”.

Xatırladaq ki, republikaçı senatoru Lindsey Qraham oktyabrın 9-da “X” sosial şəbəkəsində diqqət çəkən paylaşım etmişdi. O yazıb ki, "Hizbullah və İranın digər proksi qüvvələrinin hücumu İsrailin müdafiə sistemləri üçün dağıdıcı olacaq. Belə bir hücum baş verərsə, İsrail və ABŞ İran iqtisadiyyatının can damarı olan neft emalı zavodlarına, neft infrastrukturuna hücum etməlidir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   İran   Müharibə  





Xəbər lenti