Qaribaşvili: "Sülh üçün Bakı və İrəvanla işləməyə hazırıq"

   Qaribaşvili:  "Sülh üçün Bakı və İrəvanla işləməyə hazırıq"
  26 Oktyabr 2023    Oxunub:1028
Gürcüstan Ermənistan və Azərbaycanla Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazırdır.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

O Tbilisidə keçirilən İpək Yolu Forumunun açılışı zamanı qeyd edib ki, “Rəhbərlik etdiyim hökumətin Qonşuluqda Sülh Təşəbbüsünün köməyi ilə qonşularımız və dostlarımız olan Ermənistan və Azərbaycanla nəhayət ki, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün işləməyə hazırıq".

O əlavə edib ki, "uzunmüddətli sülh ölkələrimizə, regiona fayda verəcək və onların rifahını təmin edəcək".

Qaribaşvili onu da qeyd edib ki, forumda iştirak etmək üçün gələn Azərbaycanın baş naziri Əli Əsədovla Ermənistanın baş naziri Nikol Paşinyanı salamlamaqdan şaddır.
Tural Tağıyev
AzVision.az



Teqlər: Sülh   Azərbaycan   Gürcüstan   Ermənistan  





Xəbər lenti