Paşinyan yaxın vaxtlarda Türkiyə ilə sərhədin açılmasına ümid edir

   Paşinyan yaxın vaxtlarda Türkiyə ilə sərhədin açılmasına ümid edir
  26 Oktyabr 2023    Oxunub:929
Ermənistanın baş naziri Nikol Paşinyan üçüncü ölkə vətəndaşları, həm də diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində yaxın vaxtlarda irəliləyiş olacağına ümid edir.
Tbilisidə keçirilən "İpək Yolu" forumunda Paşinyan bildirib ki, bu, regionda gələcək dinc inkişaf üçün müsbət təkan olacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Ermənistan və Türkiyə nümayəndələri sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına dair razılıq əldə etdiklərini bəyan etmişdilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti