İsrail mediası: Qəzzada Rusiya kəşfiyyatının 7 casusu itib

      İsrail mediası:    Qəzzada Rusiya kəşfiyyatının 7 casusu itib
  26 Oktyabr 2023    Oxunub:1017
İsrailin “Makor Rişon” nəşrinin iddiasına görə, Qəzza bölgəsində Rusiyanın birdən-birə 7 casusu yoxa çıxıb.
AzVision.az xəbər verir ki, “Makor Rişon” nəşrinin yaydığı məlumata əsasən, iki ay əvvəl Fələstin anklavına Rusiya özünün 7 agentini göndərib. Qrupun vəzifələri ərazidəki siyasi, hərbi və sosial-iqtisadi vəziyyət haqqında məlumat toplamaq olub. Bununla belə, Rusiya agentləri iki həftədən artıqdır ki, əlaqə saxlamırlar və hətta kuratorları belə onları tapa bilmirlər.

Qəzet qeyd edir ki, bununla əlaqədar olaraq Kreml HƏMAS-la yəhudi dövləti arasında gedən müharibə ilə bağlı rəsmi mövqeyini yumşaldıb. Öz agentlərini azad etmək üçün Rusiyanın xüsusi xidmət orqanları İsrail hərbçiləri ilə “əməkdaşlıq mühiti” yaratmaq istəyir.

Məsələn, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov radikal islamçılarının bütün əsirlərinin təcili şəkildə dərhal azad edilməli olduqlarını bildirib.

“Biz düşünürük ki, bütün əsirləri təcili və dərhal azad edilməlidirlər. Bu, bizim qəti mövqeyimizdir. Biz, əlbəttə ki, HƏMAS-ı bütün girovların azad olunmasını təmin etməyə çağırırıq. Bu girovların bütün qohumlarına və yaxınlarına onların sağ-salamat qayıtmalarını ürəkdən arzu edirik”, - Peskov vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Qəzza  





Xəbər lenti