Baş nazir Tiblisidə: "Paşinyana demək istəyirəm ki..."

      Baş nazir Tiblisidə:    "Paşinyana demək istəyirəm ki..."
  26 Oktyabr 2023    Oxunub:1336
Azərbaycanın regionun dörd qonşu ölkəsindən üçü ilə çox gözəl iqtisadi və ticari əlaqələri var. Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqeyini bildirmişdi.
Bu sözləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dördüncü İpək Yolu Beynəlxalq Forumunda Azərbaycanın Baş naziri Əli Əsədov səsləndirib.

“Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanan Bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu, tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var”, -deyə, Baş nazir Əli Əsədov vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti