Katler: “Fransanın Ermənistana satacağı silahlar Rusiyanın və İranın əlinə keçəcək”

  Katler:  “Fransanın Ermənistana satacağı silahlar Rusiyanın və İranın əlinə keçəcək”
  26 Oktyabr 2023    Oxunub:1425
Fransızların Ermənistana satacağı hava hücumundan müdafiə (HHM) sistemi Rusiya və İranın əlinə keçəcək, daha sonra isə İsrail və Ukraynaya qarşı istifadə olunacaq.
AzVision.az xəbər verir ki, NATO ilə bağlı bir sıra Qərb “beyin mərkəzlərində” işləyən kanadalı analitik Robert Katler özünün “X” sosial şəbəkəsindəki səhifəsində belə bəyanat yayıb.

“Fransanın HHM sistemi Ermənistan ərazisindən keçərək Rusiyaya gedəcək, orada İranla əməkdaşlıq çərçivəsində tərsinə çevriləcək, daha sonra Ukrayna və İsrailə qarşı istifadə olunacaq. Əgər buna hər hansı bir şübhəniz varsa, Rusiya Ermənistanın hava hücumundan müdafiəsinə sözün həqiqi mənasında cavabdehdir və ermənilərin əvəzinə onu idarə edir”, - Katler Fransanın GM200 radarlarının və yaxın mənzilli “Mistral” raketlərinin İrəvana satıla bilməsi perspektivinə münasibət bildirib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Katler   Fransa  





Xəbər lenti