İsrail ordusu: İran HƏMAS-a məlumat verməyə və təhriklərə davam edir

      İsrail ordusu:    İran HƏMAS-a məlumat verməyə və təhriklərə davam edir
  26 Oktyabr 2023    Oxunub:1239
Təlimat yalnız bir yerdən verilir: İrandan. HƏMAS və İŞİD-in cinayətkar əməlləri ilə Yaxın Şərqdə sabitliyi pozanlar gizli qalmamalıdır.
AzVision.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Daniel Heqari keçirdiyi mətbuat konfransında belə iddia səsləndirib.

Heqari, İranın HƏMAS-a kəşfiyyat yardımı göstərfiyini və vasitəçi qüvvələri qızışdırmaqda davam etdiyini açıqlayıb.

“İran müharibədən əvvəl təlim, avadanlıq, pul və texnologiya göndərməklə HƏMAS-a birbaşa yardım edib. İndi də bu qruplaşmaya məlumat verməkdə və onun vasitəçi milis şəbəkələrini stimullaşdırmaqda davam edir. İran İraq, Yəmən və Livandakı vəkil qüvvələrini İsrailə qarşı təhrik və təşviq edir. Təlimatlar yalnız bir yerdən verilir: İrandan. Amma İsrail öz müttəfiqi ABŞ-la birlikdə regiona nəzarət edir”, - Heqari deyib.

Heqari, həmçinin İranı beynəlxalq səviyyədə anti-İsrail əhval-ruhiyyəsini gücləndirmək üçün kiberməkanda mesajlaşma kampaniyasına başlamaqda günahlandırıb.
AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti