Amerikalı senator Abdullahiyana viza verilməsini tənqid edib

Amerikalı senator Abdullahiyana viza verilməsini tənqid edib
  26 Oktyabr 2023    Oxunub:976
İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın “regional və beynəlxalq məsləhətləşmələr” üçün Nyu-Yorka gəlməsi ABŞ-nin siyasi isteblişmentində birmənalı qarşılanmayıb.
AzVision.az bildirir ki, ABŞ Konqresinin respublikaçı senatoru Coni Ernst Bayden administrasiyasını Abdullahiyana viza verdiyinə görə tənqid edib.

“İRNA” dövlət agentliyinə verdiyi müsahibədə BMT-nin Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka gəldiyini deyən Abdullahiyan, bölgədəki vəziyyətə və İsrailin Qəzzaya hücumlarının artmasına da toxunub.

“Qərbi Asiya bölgəsinin şərtləri bölgədəki bütün ölkələr üçün narahat bir nöqtəyə çatacaq və hər an nəzarətin bütün tərəflərin əlindən çıxması ehtimalı var”, - itanlı nazir deyib.

O, BMT-nin Baş Assambleyasının iclasında iştirak edəcəyini və regionda baş verən hadisələrlə bağlı rəsmi Tehranın İranın mövqeyini çatdıracağını vurğulayıb.

ABŞ Konqresinin respublikaçı senatoru Coni Ernst isə Yaxın Şərqdə baş verən son hadicələr fonunda hətta BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Hüseyn Əmir Abdullahiyana viza verilməsini qeyri-məqbul sayıb.

“İranın dəstəklədiyi terrorçular bizim hərbi qüvvələrimizə hücum ediblər və hazırda amerikalıları girov saxlayırlar. Lakin Bayden administrasiyası yüksək səviyyəli İran rəsmisinə viza verib və bu hökuməti ABŞ torpağında qucaq açaraq qarşılayır. Belə güzəştlərə son qoyulmalıdır”, - amerikalı senator xanım “X” sosial şəbəkəsində yazıb.
AzVision.az






Teqlər: Abdullahiyan   Ernst  





Xəbər lenti