ABŞ üç ölkəyə süni intellekt avadanlıqlarının ixracına qadağanın tətbiqini ertələyib

   ABŞ üç ölkəyə süni intellekt avadanlıqlarının ixracına qadağanın tətbiqini ertələyib
  26 Oktyabr 2023    Oxunub:1208
Vaşinqton süni intellekt avadanlıqları və prosessorlarının İran, Çin və Rusiyaya ixracını qadağan edən qanunu vaxtından əvvəl qüvvəyə mindirib.
AzVision.az xəbər verir ki, noyabrın 17-də icra olunması nəzərdə tutlan qanun oktyabrın 17-də, yəni 1 ay tez icra edilib.

“Nvidia” korporasiyasının (Amerikanın çoxmillətli texnologiya şirkəti) ABŞ-nin Qiymətli kağızlar və Birja komissiyasına göndərdiyi məktubda göstərilir ki, ABŞ hökuməti şirkəti real vaxt rejimində bu qanunlarla bağlı qadağaları həyata keçirməyə məcbur edib. Məktubda süni intellekt alətləri hazırlamaq üçün həyati əhəmiyyət kəsb edən “Nvidia”-nın bəzi yüksək səviyyəli qrafik prosessorlarından bəhs olunur.

Co Bayden hökuməti üç ölkənin “Nvidia” və digər Amerika şirkətlərinin hazırladığı qabaqcıl süni intellekt çiplərinə çıxışının qarşısını almaq məqsədi ilə yeni məhdudiyyətlər tətbiq edib.
“Nvidia” bu qanunun tətbiqinin sürətləndirilməsinin mümkün səbəbləri ilə bağlı təfərrüatları dərc etməsə də, bu məsələnin onun qısamüddətli gəlirlərinə təsir göstərəcəyini gözləmədiyini bildirib.

Dərc olunan qanunun mətnində İran, Çin və Rusiyanın adı xüsusi vurğulansa da, bəzi Amerika KİV-ləri bu qanunun əsas məqsədini Çin və ABŞ arasında qabaqcıl prosessorlar sahəsində texnoloji mübarizə hesab edir.
AzVision.az


Teqlər: ABŞ   qadağa  





Xəbər lenti