Putin Moskvadakı HƏMAS nümayəndələri ilə görüşməyəcək
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Moskvada səfərdə olduğunu bildirmişdi. Həmas nümayəndə heyəti Moskvada Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. Rusiya tərəfi hərəkat nümayəndələri ilə görüşdə girovların azad edilməsi və Qəzza zolağından rusların təxliyəsi məsələlərini müzakirə edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: