Çinin sabiq Baş naziri vəfat edib

Çinin sabiq Baş naziri vəfat edib
  27 Oktyabr 2023    Oxunub:1139
Çin sabiq Baş naziri Li Keçyan 68 yaşında Şanxayda ürəktutmasından vəfat edib.
Bu barədə Çinin rəsmi mətbuatı xəbər yayıb. Bildirilir ki, Şanxayda istirahətdə olan Li Keçyanın səhhəti oktyabrın 26-da qəfildən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Li Keçyan Çin Kommunist Partiyasının 17-ci, 18-ci və 19-cu Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü olub. O, 2013-cü ilin martından 2023-cü martınadək Çinin Baş naziri vəzifəsini tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti