ABŞ Suriyaya aviazərbələri İsraillə koordinasiya etməyib

   ABŞ Suriyaya aviazərbələri İsraillə koordinasiya etməyib
  27 Oktyabr 2023    Oxunub:871
ABŞ F-16 qırıcılarının İranın Suriyadakı proksi-qruplaşmalarına endirdiyi zərbələri İsraillə koordinasiya etməyib.
Bu barədə "Reuters" ABŞ rəsmisinə istinadən xəbər verir. Agentliyin həmsöhbətinin sözlərinə görə, bu hücumların hədəfi silah və sursat olan anbarlar olub.

Oktyabrın 27-nə keçən gecə ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, ölkə prezidenti Cozef Bayden ABŞ hərbi mövqelərinə bir sıra hücumlara cavab olaraq Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qrupların istifadə etdiyi iki obyektə zərbələr endirmək əmri verib.

AzVision.az


Teqlər:





Xəbər lenti