HƏMAS girovları azad etmək üçün şərt qoydu

   HƏMAS girovları azad etmək üçün şərt qoydu
  27 Oktyabr 2023    Oxunub:858
HƏMAS atəşkəs əldə olunmayana qədər girovları azad etməyəcək.
Bu barədə Moskvada səfərdə olan Fələstin hərəkatının üzvü Əbu Həmid “Kommersant” qəzetinə bildirib. Onun sözlərinə görə, HƏMAS müharibənin ilk günlərindən girovları azad etmək niyyətini bəyan edib, lakin oktyabrın 7-də Qəzza zolağına düşmüş hər kəsi tapmaq üçün vaxt lazımdır.

Həmid həmçinin qeyd edib ki, Həmas nümayəndə heyəti Moskvaya səfəri zamanı rusiyalı dostlarına 7 oktyabr hücumunun səbəblərini əks etdirən bir şəkil təqdim edib.

AzVision.az


Teqlər:





Xəbər lenti