İsrail ordusu Qəzza ilə sərhəddə hasarları bərpa edir

   İsrail ordusu Qəzza ilə sərhəddə hasarları bərpa edir
  27 Oktyabr 2023    Oxunub:1270
İsrail ordusu (IDF) Qəzza zolağı ilə sərhədin Fələstinin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən dağıdılmış hissələrini bərpa edir.
Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, İsrail yerüstü əməliyyat hazırlayır və sərhədi qorumaqla Qəzzada öz qoşunlarının təhlükəsizliyini təmin etməyə çalışır. Qeyd edək ki, HƏMAS silahlıları tərəfindən partlayıcı maddələr və buldozerlərdən istifadə etməklə 29 yerdə yarılmış səddinin bərpasına 1 milyard dollar xərclənib.

İsrail hərbçiləri sərhəd boyu ərazini təmizləmək və yeni təhlükəsizlik sistemləri quraşdırmaq üçün gecə-gündüz işləyirlər. Ordunun məlumatına görə, bütün lazımi sensorlar və digər avadanlıqlar demək olar ki, tamamilə bərpa edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti