İranda siqaret çəkən azyaşlı qızların sayı xeyli artıb

İranda siqaret çəkən azyaşlı qızların sayı xeyli artıb
  27 Oktyabr 2023    Oxunub:922
Teokratik rejimn hökm sürdüyü İranda 12-15 yaşlı qızlar arasında siqaret çəkmə hallar 133% çoxalıb.
AzVision.az “İsna” agentliyinə istinadən xəbər verir ki, İranda Tütünlə mübarizə cəmiyyətinin baş katibi Məhəmməd Rza Məscidi belə acınacaqlı stasitikanı açıqlayıb.

“Qadınlar arasında siqaret çəkmək 70%-dən çox artıb, lakin bu artım 12-15 yaşlı qızlar üçün 133%-ə qədər olub. Ümumilikdə, İran kişilərinin təxminən 20-22 faizi, qadınların isə 4 faizdən azı tütündən istifadə edir” - Məscidi deyib.

Bu arada İran parlamentariləri 7-ci inkişaf planı qanun layihəsində “tütün məmulatlarının, o cümlədən siqaret və tütünə görə vergilərin artırılması” dəyişikliyini təsdiqləyiblər.
AzVision.az


Teqlər: İran   qızlar  





Xəbər lenti