İranda “Gül” istehlakçılarının yarıdan çoxu gənclərdir

   İranda “Gül” istehlakçılarının yarıdan çoxu gənclərdir
  27 Oktyabr 2023    Oxunub:1004
İranda “Gül” (marixuana) istifadəçilərinin təxminən 52%-i 15-29 yaş qrupundadır ki, onların da 15%-i tələbələrdir.
AzVision.az “Etemad” qəzetinin öz hesabatında göstərdiyi statistik rəqəmlərə istinadən xəbər verir ki, arkomanlar arasında “həşiş və gül” istehlakı 4,4 faizlə tiryəkdən sonra ikinci yerdədir. İstehlakçıların 84,6%-i kişilər, 15,4%-i qadınlardır. Müntəzəm gül istifadəçilərinin 80%-i həm də spirtli içkilərdən də istifadə edir.

Narkotiklərlə Mübarizə qərargahının tədqiqatlar üzrə baş direktoru Həmidrza Sərami hələ 2019-2020-ci illərdə “Addiction Research” jurnalında dərc olunan məqalələrində bu məsələ ilə bağlı ciddi xəbərdarllıq edirdi.

“Daimi narkotik istifadəçiləri və ya aludəçiləri arasında ikinci ən çox istifadə olunan marixuana yaxud gül, ölkənin orta məktəb və kolleclərində, dövlət universitetlərinin tələbə populyasiyasında istifadə edilən birinci maddə, ölkənin sənaye mühitinin işlək əhali qrupunda isə 3-cü maddə kimi qiymətləndirilir. İranda maddə istifadəsi pozğunluğunun sürətli qiymətləndirilməsinin nəticələrinə əsasən, narkomanların 14%-dən çoxu gündəlik olaraq ən azı bir marixuana (çiçək və həşiş) istehlak edir”, - məlumatda deyilir.
AzVision.az



Teqlər: İran   narkomaniya  





Xəbər lenti