İsrail "Amnesty International"ı antisemitizmdə ittiham edib

   İsrail "Amnesty International"ı antisemitizmdə ittiham edib
  27 Oktyabr 2023    Oxunub:909
İsrail Londonda yerləşən beynəlxalq insan haqları təşkilatı "Amnesty International"ı antisemitizmdə və yəhudi dövlətinə qarşı qərəzli münasibətdə ittiham edib.
AzVision.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb. Qeyd edilib ki, bu, təşkiların Yaxın Şərq münaqişəsində hər iki tərəfinin beynəlxalq müharibə qaydalarını pozduğunu deməsindən sonra baş verib.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat nəşrə müsahibəsində deyib: ""Amnesty İnternational" İsrailə qarşı qərəzli antisemit təşkilatıdır. O, insan haqları təşkilatı adlandırılacaq qədər nüfuzlu deyil".

Xİn sözçüsü qeyd edib ki, oktyabrın 7-də Fələstin HƏMAS silahlılarının yəhudi dövlətinin ərazisinə hücumundan sonra hüquq müdafiəçilərinin susması “Amnesty İnternational”ın terrorçuların maraqlarına xidmət edən təbliğat strukturu olduğunu nümayiş etdirir.

Qeyd edək ki, dünən "Amnesty İnternational"in baş katibi Aqnes Kallamard “mülki əhalinin müdafiəsi üçün təcili tədbirlərin görülməsinin zəruri olduğunu” deyib və hər iki tərəfi atəşkəsə çağırıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti