Netanyahu: "Mən də cavab verəcəyəm"

      Netanyahu:    "Mən də cavab verəcəyəm"
  27 Oktyabr 2023    Oxunub:1081
İsrailin Baş naziri Binyamin Netanyahu oktyabrın 7-də Həmas yaraqlılarının həyata keçirdiyi “Əqsa tufanı” əməliyyatı ilə bağlı təhlükəsizlik boşluqlarının ətraflı şəkildə araşdırılacağını və hətta onun da cavab verməli olacağını bildirib.
Netanyahu bunun müharibədən sonra edilməsinin lazım olduğunu qeyd edib: "Mənim indiki vəzifəm İsrail dövlətini və xalqını böyük bir qələbəyə aparmaqdır", deyə o bildirib.

Çıxışının sonunda yəhudilərin müqəddəs kitabı olan Tövratdan sitat gətirərək israillilərə xitab edib. O, Tövratın “Yeşaya” kitabında HƏMAS əleyhinə “peyğəmbərliyi” görəcəklərini iddia edib.

AzVision.az


Teqlər:





Xəbər lenti