İsrail: Həmas İran və Şimali Koreya istehsalı olan silahlardan istifadə edir

      İsrail:    Həmas İran və Şimali Koreya istehsalı olan silahlardan istifadə edir
  27 Oktyabr 2023    Oxunub:1185
HƏMAS oktyabrın 7-də İsrailə hücum zamanı Şimali Koreya və İran istehsalı olan silahlardan istifadə edib.
AzVision.az xəbər verir ki, HƏMAS qüvvələrinin istifadə etdiyi silahları mediaya göstərən İsrail ordusunun rəsmisi bunların HƏMAS-ın hücum zamanı hazırladığı mina, qumbaraatan və pilotsuz təyyarələrin bir hissəsi olduğunu vurğulayıb. Həmin texnikanın bir hissəsi isə İran və Şimali Koreya istehsalı olan minaatan və qumbaraatanlardan ibarətdir.

İsrail ordusunun rəsmisinin sözlərinə görə, nümayiş etdirilən silahların 10%-i İran, 10%-i Şimali Koreya, qalanı isə HƏMAS-ın özü tərəfindən istehsal olunur.

“Ancaq ən təəccüblü şey HƏMAS-ın Qəzza zolağına qaçaq yolla keçirə bildiyi silahların miqdarıdır”, - İsrail ordusunun təmsilçisi vurğulayıb.

Yeri gəlmişkən, “Associated Press” də, Pxenyanın təkzibinə baxmayaraq, bu yaxınlarda ələ keçirilən video görüntülərin və silahların HƏMAS-ın üzvlərinin İsrailə hücum zamanı Şimali Koreyanın F-7 tank əleyhinə qumbaraatanlarından istifadə etdiyini sübuta yetirdiyini yazıb.
AzVision.az



Teqlər: HƏMAS   silahlar  





Xəbər lenti