Rusların 80 faizi Putinə etibar edir - SORĞU

Rusların    80 faizi    Putinə etibar edir  - SORĞU
  27 Oktyabr 2023    Oxunub:1162
Rusiya vətəndaşlarının 78 faizi prezident Vladimir Putinə güvənir. 13 faiz isə fərqli fikirdədir.
AzVision.az xəbər verir ki, bunu İctimai Rəy Fondunun (FOM) sorğusu göstərib.

Rusların 55 faizi Putinə güvənir - SORĞU
Sorğu oktyabrın 20-dən 22-dək Rusiya Federasiyasının 53 subyektinin 104 yaşayış məntəqəsində 1500 respondent arasında aparılıb.

Məlum olub ki, rusiyalıların 80%-i Putinin öz vəzifəsinin öhdəsindən uğurlu şəkildə gəldiyi üçün inanır, 9%-i isə dövlət başçısının fəaliyyətini bəyənmir.

Bundan əvvəl VÇİOM (Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi) tərəfindən də araşdırma aparılmışdı. Araşdırmaların nəticələrinə görə rusların 77,9 faizi Putinə güvəndiklərini bəyan ediblər. Dövlət başçısının fəaliyyəti isə 74,6 faiz bəyənilib. Rusların müvafiq olaraq 17,8%-i prezidentin hərəkətlərinə etimadsızlığı, 15,5% isə bəyənmədiyini bildirib. Sorğu 2023-cü il oktyabrın 9-dan 15-dək yaşı 18-dən yuxarı olan vətəndaşlar arasında aparılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Sorğu   Rusiya  





Xəbər lenti