102-ci baza Ermənistanda hələ 22 il qalacaq

    102-ci baza Ermənistanda hələ 22 il qalacaq
  27 Oktyabr 2023    Oxunub:1399
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının statusu və mövqeyi iki ölkə arasında 1995-ci ildə Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazası haqqında imzalanmış müqavilə ilə müəyyən edilir.
Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Sənədin 3-cü bəndində deyilir ki, Rusiya hərbi bazası Ermənistan ərazisində olduğu müddətdə Rusiyanın maraqlarını qorumaq funksiyalarından əlavə, Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə birlikdə keçmiş SSRİ-nin xarici sərhədi boyunca Ermənistan Respublikasının təhlükəsizliyini təmin edəcək.

Qeyd olunub ki, bazanın Ermənistanda fəaliyyət göstərməsi ilə bağlı Moskva ilə İrəvan arasında mübahisəli məsələləri həll etmək üçün qarışıq komissiya yaradılmalı (21-ci maddə), o da əgər, tərəflərdən biri 1995-ci il müqaviləsinə xitam vermək arzusunu bəyan edərsə(maddə 27).

"Əgər tərəflərdən biri bu müqaviləni ləğv etmək niyyətində olduğunu bəyan edərsə, Rusiya hərbi bazasının ləğvi ilə bağlı məsələlər qarışıq komissiya tərəfindən həll ediləcək. Rusiya hərbi bazasının ləğvi tərəflər arasında razılaşdırılmış müddət ərzində başa çatdırılmalıdır".

Əvvəlcə müqavilənin müddətinin 25 il olacağı güman edilirdi, lakin 2010-cu ildə Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyan 5 saylı Protokolu imzaladılar və ona əsasən Rusiya bazasının mövcudluğu müddəti 2044-cü ilə qədər uzadıldı.

Bundan başqa Ermənistan birtərəfli qaydada Rusiya hərbi bazasının çıxarılmasını bildiriş yolu ilə tələb edə bilməz, çünki ölkələr arasında razılaşma fərqli mexanizm nəzərdə tutur.

Sənədə əsasən, tərəflərdən biri müqavilənin müddətinin bitməsinə ən azı altı ay qalmış yazılı şəkildə məlumat vermədiyi təqdirdə, müqavilənin müddəti avtomatik olaraq növbəti beş illik müddətə uzadılır. Bu müqavilənin müddəalarına isə tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti