Abdullahiyan: HƏMAS israilli mülki girovları 6 min fələstinli ilə dəyişməyə hazırdır
“Biz regionda müharibənin inkişafı və genişlənməsini axtarmırıq, lakin bu müharibənin genişlənməsini istəməyənlər varsa, sionist rejimə təzyiq göstərərək, onların hərbi cinayətlərini dayandırmalıdırlar. Bu münaqişələrdə bilavasitə iştirak edən, İsrailə maliyyə və hərbi dəstək verən ABŞ-nin hərəkətləri BMT-nin Nizamnaməsi və bu ölkənin tələb və vəzifələrinin pozulmasıdır və o beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir”, - Abdullahiyan deyib.
İranın Xarici İşlər naziri Qəzzada soyqırımın davam edəcəcyi halda, bunu törədənlərin bu yanğından xilas olmayacaqları barədə xəbərdarlıq səsləndirib.
AzVision.az
Teqlər: Abdullahiyan BMT