Arvadının başını kəsməyə çalışan "Vaqnerçi" polisə hücum etdi

Arvadının başını kəsməyə çalışan "Vaqnerçi"  polisə hücum etdi
  27 Oktyabr 2023    Oxunub:1063
Rusiyada müharibədən qayıdan “Vaqner” özəl hərbi şirkətinin döyüşçüsü arvadına bıçaqla hücum edib. Bu da azmış kimi, keçmiş döyüşçü onu saxlamağa çalışan polisə də fiziki güc tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə Tümen məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Miqrantlar “Vaqner”çini güllələdilər
Qeyd edilir ki, 1998-ci il təvəllüdlü kişi qadını saçından tutaraq onun boynuna mətbəx bıçağını dirəyib. Səhəri gün polis həmin şəxsi saxlamağa çalışıb. Bu zaman o, qonşu kənddə spirtli içki qəbul edərək qayıdırmış.

"Vaqnerçi" Daxili İşlər Nazirliyinin əməkdaşlarının tələblərinə əməl etməyərək polisə müqavimət göstərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Vaqner  





Xəbər lenti