Pentaqon: ABŞ ordusu SEPAH-la əlaqəsi olan iki obyekti hədəfə alıb
“Dəqiq zərbələr özünümüdafiə aktıdır. Bu İranın dəstəklədiyi milis qruplarının İraq və Suriyada ABŞ personalına qarşı oktyabrın 17-də başlayan, indi də davam edən bir sıra və əsasən uğursuz hücumlarına cavabdır. Bu hücumlar Prezident Co Baydenin əmri ilə ABŞ-nin öz qüvvələrinə və obyektlərinə edilən hücumlara dözməyəcəyini, şəxsi heyətini və maraqlarını müdafiə edəcəyini açıq şəkildə bildirmək üçün həyata keçirilib”, - Pentaqonun rəhbəri deyib.
Lloyd Ostin, həmçinin bu əməliyyatın İsrailin HƏMAS-a qarşı müharibəsindən ayrı və fərqli olduğunu açıqlayıb.
AzVision.az