Quranı yandıran şəxsin apellyasiya şikayəti rədd edildi
Daha əvvəl mətbuatda xəbər verildiyi kimi, onun 2024-cü il aprelin 16-dək verilmiş müvəqqəti yaşayış icazəsi uzadılmayacaq, həmçinin onun krallığa qayıtması beş il müddətinə qadağan ediləcək.
İdarə qeyd edib ki, Momika yaşayış icazəsi üçün əvvəlki ərizəsində qorunma ehtiyacının səbəbləri barədə yanlış məlumat verdiyi səbəbi ilə deportasiya ediləcək.
Müsəlmanların müqəddəs kitabının yandırılması ilə bağlı aksiya polisin icazəsi ilə iyunun 28-də Stokholmun mərkəzindəki meydanda baş tutub. 37 yaşlı iraqlı mühacir Momika Quranın səhifələrini cıraraq yandırıb.
Həmin bütün dünya müsəlmanları əsas dini bayramlardan biri olan Qurban bayramını qeyd edirdilər. Sonradan oxşar aksiyalar İsveçdə, eləcə də Danimarkada dəfələrlə baş verib və bir çox ölkələr onları qınayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: