Rusiya Ermənistana 4 ton un yardımı göndərdi

Rusiya Ermənistana    4 ton un yardımı    göndərdi
  27 Oktyabr 2023    Oxunub:1042
Qarabağdan könüllü çıxaraq Ermənistanın Şirak rayonunda məskunlaşmış ailələrə Rusiyadan 4 ton humanitar yardım göndərilib. Yardım yalnız undan ibarət olub.
Yerli medianın yaydığı məlumata görə, yardımlar Volqoqraddakı "Dostluq Evi" və Rusiyanın Humanitar Missiyası tərəfindən toplanıb. Yükü rayona "Rossotrudniçestvo"nun Gümrüdəki nümayəndəliyinin əməkdaşları çatdırıblar.

"Rossotrudniçestvo"nun əməkdaşı Anton Beryanev jurnalistlərə açıqlamasında deyib ki, “Rusiya Federasiyası kənarda dayana bilməzdi, bu yardımı göstərdi və göstərməkdə davam edir”.

O xatırladıb ki, əvvəllər də "Rossotrudniçestvo" köçkünlərə 200 dəst ərzaq və gigiyena vasitələri bağışlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ermənistan   Yardım  





Xəbər lenti