Şahzadə Pəhləvi: İran rejiminin devrilməsinə təsirli töhfə verə bilərik
“Bunlar İrandakı rejimin süqutundan sonra ölkənin siyasi və hüquqi strukturlarını formalaşdırmağa başlamalı olan siyasi partiyalardır. Mən sizin partiyanızın manifestində oxudum ki, sizin də İranın izzəti, onun firavanlığı və səadəti və təbii ki, İran millətinin azadlığından başqa heç bir istəyiniz yoxdur. 44 illik repressiya və dağıdıcılıqdan sonra bu gün İran onu sevənlərin qura biləcəyi əhaliyə, azadlığa təşnədir”, - Rza Pəhləvi bildirib.
Özünü “İran xalqının azadlıqsevər iradəsi ilə uyğunlaşdığını” bəyan edən “Yeni İran” partiyasının saytında Pəhləvilər sülaləsindən olan rəhbərlərin İran cəmiyyətinin həyatında önəmli rol oynadığı vurğulanır.
“Yeni İran partiyası məşrutəçilərin istəklərini və Pəhləvi padşahlarının yaxşı təcrübəsini özünün rəhbər işığı sayır və hesab edir ki, Rza Şah Kəbir kimi bir padşah bir çox konstitusiya ideallarının həyata keçməsində müstəsna rol oynamışdır”, - partiyanın saytında vurğulanır.
AzVision.az