ÜST: "Qəzzada 16 tibb işçisi ölüb"

      ÜST:    "Qəzzada 16 tibb işçisi ölüb"
  27 Oktyabr 2023    Oxunub:1296
HAMAS-İsrail münaqişəsi nəticəsində Qəzzada 16 tibb işçisi ölüb.
AzVision.az xəbər verir ki, hu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstindəki nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə əsasən, Qəzza zolağında 30 nəfər tibb işçisi yaralanıb.

"Qəzza zolağındakı səhiyyə infrastrukturuna İsrail ordusunun ən azı 75 hücumu qeydə alınıb, 24 təcili tibbi yardım maşını zədələnib. 35 xəstəxanadan yalnız 23-ü qismən fəaliyyət göstərir. Bundan əlavə ilkin tibbi yardım müəssisələrinin 64 faizi işləmir. Regionda kəskin surətdə yanacaq və tibbi ləvazimat çatışmazlığı var".

AzVision.az


Teqlər:





Xəbər lenti