"İsrail girovların azad edilməsi müqabilində HƏMAS-a atəşkəs təklif edib" - KİV

   "İsrail girovların azad edilməsi müqabilində HƏMAS-a atəşkəs təklif edib" -    KİV
  27 Oktyabr 2023    Oxunub:1823
Misir və Qətər səlahiyyətlilərinin vasitəçiliyi ilə HƏMAS hərəkatı ilə aparılan dolayı danışıqlar zamanı bütün girovların azad edilməsi və ölənlərin cəsədlərinin geri qaytarılması müqabilində İsrail atəşkəsin olmasını təklif edilsə də bu, rədd edilib.
AzVision.az bu barədə danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinə görə, HƏMAS Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün danışıqların aparılması üçün şərt kimi uzunmüddətli atəşkəs tələb edib. İsrail hakimiyyəti də barışıq tələbini rədd edib.

Oktyabrın 20-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" Qətərin vasitəçiliyi ilə iki ABŞ vətəndaşının azad edildiyini elan edib. Daha sonra iki girov - israillilər Nurit İtzhak və Yohved Lifşitzi azad edib.

AzVision.az


Teqlər:





Xəbər lenti