Netanyahu: "Biz HƏMAS-ı darmadağın etməliyik"

      Netanyahu:    "Biz HƏMAS-ı darmadağın etməliyik"
  27 Oktyabr 2023    Oxunub:1600
“Həması darmadağın etməliyik ki, insanlar geri qayıtmaq üçün inam əldə etsinlər".
AzVision.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Qəzza sərhədində İsrail yaşayış məntəqələrinin bərpasına cavabdeh olan quruma baş çəkərkən əməkdaşlar qarşısında çıxışı zamanı deyib.

"Son mərhələdə biz bu bölgəni yenidən qura, genişləndirə, canlandıra və təhlükəsiz edə bilərik".

İsrailin müdafiə naziri Yoav Gallant ölkənin şimalındakı münaqişələrdən danışıb. O, bildirib ki, İsrail müharibəni şimala aparmaqda maraqlı deyil. "Cənub cəbhəsində HƏMAS-a qarşı müharibə aparırıq. Şimaldakı proseslərə də hazırıq. Hizbullah çoxlu itkilər verib. Bununla belə, müharibəni şimala aparmaqda maraqlı deyilik".

Müdafiə naziri HƏMAS-a qarşı müharibənin ölkənin növbəti 75 il üçün gələcəyini müəyyən etdiyini qeyd edib: "İsrail Dövlətinin mövcud olduğu 75 ildə belə bir şey olmamışdır. Önümüzdəki 75 ildə nə olacağı bizim bu müharibədəki uğurumuzdan asılıdır. Ona görə sizə bunu deyirəm; başqa seçimimiz yoxdur. Biz qalib gələcəyik, çünki başqa variant yoxdur, ya biz, ya da onlar”.

AzVision.az


Teqlər:





Xəbər lenti