"ABŞ İranla eskalasiya və ya münaqişə istəmir"
"Müdafiə naziri Lloyd Ostinin dünən axşam verdiyi açıqlamada dediyi kimi, biz bunu gərginləşdirməkdə maraqlı deyilik. Heç kim İranla münaqişəyə can atmır", - Ağ Ev sözçüsü deyib.
Eyni zamanda o, xəbərdarlıq edib ki, ABŞ indiki vəziyyətdə hərbi gücdən istifadəyə davam etməyə hazırdır.
"Prezident Co Bayden ABŞ personalını qorumaq üçün hərəkətə keçəcəyini açıq şəkildə bildirib. Biz lazım bildiyimiz zaman və yerdə istənilən hücuma cavab vermək hüququmuzu özümüzdə saxlayırıq. Biz özünümüdafiə üçün əlavə tədbirlər görməkdən çəkinmirik”, - Kirbi əlavə edib.
AzVision.az
Teqlər: