Qazaxıstanda şaxtada ölənlərin sayı 32-yə çatıb - YENİLƏNİB

   Qazaxıstanda şaxtada ölənlərin sayı 32-yə çatıb -  YENİLƏNİB
  28 Oktyabr 2023    Oxunub:2403
Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölənlərin sayı 32 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 28 şaxtaçı həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, qəza zamanı Kostenko şaxtasında 252 nəfər olub, 205 şaxtaçı səthə çıxarılıb. Məlumata görə, daha 31 şaxtaçının axtarışları davam edir. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib.

***

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 16 şaxtaçı həlak olub.

Bu barədə “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qəza zamanı Kostenko şaxtasında 252 nəfər olub, 205 şaxtaçı səthə çıxarılıb. Məlumata görə, daha 31 şaxtaçının axtarışları davam edir. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib.

Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb. Karaqanda vilayətinin administrasiyasının rəhbəri, “Arcelormittal Temirtau” SC-nin baş direktoru və respublika baş prokurorunun birinci müavini şaxtaya gəliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti