ABŞ və Çin liderləri görüşə bilər

   ABŞ və Çin liderləri görüşə bilər
  28 Oktyabr 2023    Oxunub:1167
ABŞ Prezidenti Cozef Bayden və Çin Sədri Si Szinpin Birləşmiş Ştatların Kaliforniya ştatının San-Fransisko şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşə bilər.
Bu barədə "Associated Press" amerikalı rəsmiyə istinadən məlumat yayıb. Qeyd olunub ki, noyabrda keçiriləcək sammitdə iki liderin görüşməsi üçün tərəflər arasında prinsipial razılıq əldə edilib. Lakin görüşün təfərrüatları, yeri və digər məsələlər hələ müzakirə edilməyib.

Görüş baş tutsa, bu, iki liderin 2022-ci ilin noyabrında İndoneziyada danışıqlar aparmasından sonra ilk dialoqu olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti