CAR-da uşaqları məktəbə getməyən valideynlər tutulacaq

CAR-da uşaqları məktəbə getməyən valideynlər tutulacaq
  28 Oktyabr 2023    Oxunub:1095
Cənubi Afrika Respublikasının (CAR) parlamenti övladları məktəbə getməyəcək valideynlər üçün həbs cəzası nəzərdə tutan təhsil qanununu qəbul edib.
Yeni təhsil qanunvericiliyinə əsasən, övladlarının dərsdən yayınacağı təqdirdə valideynləri 12 aya qədər həbs gözləyir. Oxşar cəza övladını məktəb yaşına çatanda məktəbə qeydiyyata yazdırmayan valideynlər üçün də tətbiq edilib.

Son araşdırmalara görə, Cənubi Afrika Respublikasında 10 yaşınadək hər 10 məktəblidən 8-i oxumaqda çətinlik çəkir.

AzVision.az


Teqlər:





Xəbər lenti