İranlı fotojurnalistə “Qadın jurnalistlərə ədalət” mükafatı təqdim edilib - VİDEO

   İranlı fotojurnalistə    “Qadın jurnalistlərə ədalət”    mükafatı təqdim edilib -  VİDEO
  28 Oktyabr 2023    Oxunub:1505
Vaşinqtonda iranlı fotojurnalist Yalda Meiriyə “Qadın Jurnalistlər üçün Ədalət” adlı 2023-cü il Uollis Annenberq mükafatının təqdimetmə mərasimi keçirilib.
AzVision.az
xəbər verir ki, keçən il etirazlar zamanı İranda həbs olunmuş xanım Meiri 32 gün SEPAH-ın 2-A bölməsində və 60 gün Qərçək Vəramin həbsxanasında qaldıqdan sonra azad edilib.

Altı il həbs cəzasına əlavə olaraq, o, Mürtəza Mütəhərrinin əsərləri haqqında 100 səhifəlik araşdırma hazırlamaq, iki il ölkədən çıxış, iki il ərzində mobil telefon və sosial şəbəkələrdən istifadə, iki il Tehran vilayəti və qonşu əyalətlərdə qalma qadağası, həmçinin iki ay ərzində qadın parkında təmizlik xidməti kimi cəzalara məhkum olunub.

Bununla belə, Meiri Beynəlxalq Qadın Media Fondunun keçirdiyi mükafatlandırma mərasimində iştirak edə bilib.

Fondun icraçı direktoru Elisa Munoz Yalda Meiriyə verilən mükafatla bağlı çıxışınd İranlı jurnalistlərin cəsarətli fəaliyyətini vurğulayıb.

“O və İranda həbsdə olan digər qadın jurnalistlər inanılmaz dərəcədə cəsur jurnalistlərdir və çox təəssüf ki, öz ölkələrində cəmiyyətlərində baş verənləri işıqlandıranda onları nəinki həbs edirlər, hətta döyürlər” , - Elisa Minos deyib.


AzVision.az




Teqlər: Meiri   mükafat  





Xəbər lenti