İranda kürd dili müəllimi olan iki vətəndaş fəalına on il həbs cəzası verilib
Həmçinin bildirilib ki, Sənəndəc məhkəməsi bu mülki fəallara “qruplaşmaq və qruplaşma yaratmaq” ittihamı ilə hökm çıxarıb.
Minbəri və Purməhəmmədi “Nojin” İctimai Mədəniyyət dərnəyinin idarə heyətinin üzvləridir.
Bundan əvvəl həmin birliyin digər üzvləri də həbs edilərək ağır cəzalara məhkum olunublar. Birliyin təsisçisi Zəhra Məhəmmədi də hazırda həbsdədir.
İranın Daxili İşlər nazirliyinin razılığı əsasında fəaliyyət göstərən bu assosiasiyanın proqramları arasında kürd dili və vətəndaşlara ətraf mühitin qorunması ilə bağlı dərslər keçmək də var.
AzVision.az