Aİ ölkələrinin liderləri Azərbaycan və Ermənistana çağırış etdi

   Aİ ölkələrinin liderləri Azərbaycan və Ermənistana çağırış etdi
  28 Oktyabr 2023    Oxunub:1252
Oktyabrın 26-27-də Avropa İttifaqının Brüsseldə keçirilən növbəti sammiti çərçivəsində Aİ-yə üzv 27 ölkənin liderləri “Azərbaycan və Ermənistan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsiplərinə əsaslanan dayanıqlı və möhkəm sülhə nail olunmasına dəyişməz dəstəyi” vurğulayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında bildirilir. Avropa liderləri Brüsselin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiklərini də ifadə ediblər. Həmçinin tərəfləri “xoşniyyətli qarşılıqlı fəaliyyətə və cari ilin sonunadək bu prosesin başa çatdırılmasına” səsləyiblər.

AzVision.az


Teqlər:





Xəbər lenti