Türkiyə-İsrail münasibətlərindəki gərginlik İran mediasını sevindirib

   Türkiyə-İsrail münasibətlərindəki gərginlik    İran mediasını sevindirib
  28 Oktyabr 2023    Oxunub:1493
Yaxın Şərqdə alovlanmış müharibə fonunda Ankara ilə Təl-Əviv arasında münasibətlərdə yaranan gərginlik atmosferi İranın media resurslarında az qala toy-bayrama çevrilib.
AzVision.az xəbər verir ki, İran əksər aparıcı KİV-ləri Türkiyə-İsrail münasibətlərin gərginləşməsi barədə xeyli materialllar dərc edərək, bu ölkələr arasında birgə enerji layihələrinin dayandırılmasını, Ağ dənizdə ortaq qazma işlərinin ləğv olunmasını xüsusi vurğulayıblar.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın, energi və təbii sərvətlər naziri Alparslan Bayraktarın İsrailə səfərlərinin ləğv edilməsi isə İran mediası tərəfindən xüsusi alqışla qarşılanıb.

Tarixən Türkiyəni Yaxın Şərqdə özünün nəinki geosiyasi rəqibi, hətta az qala düşməni kimi qiymətləndirən İranın media-resurslarında Ankaranın İsraillə münasibətlərinin gərginləşməsinin sevinclə qarşılanması heç də təəccüblü deyil.
AzVision.az






Teqlər: İran   Türkiyə  





Xəbər lenti