Dünyada koronavirus xəstələrinin sayı kəskin artıb

   Dünyada koronavirus xəstələrinin sayı kəskin artıb
  28 Oktyabr 2023    Oxunub:1255
Sentyabrın 25-dən oktyabrın 22-nə olan müddətdə dünyada 502 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 4,7 mindən artıq ölüm halı qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində gstərilib. Qeyd olunub ki, ümumilikdə, ötən dörd həftə ilə müqayisədə yoluxmaların sayı 42 faiz, ölüm halları isə 43 faiz azalıb. Bununla yanaşı, Cənub-Şərqi Asiyada xəstəliyə yoluxanların sayı 14 faiz, Avropada isə 10 faiz artıb.

Son dörd həftə ərzində dünyada koronavirusa 502 234 yoluxma və 4 739 ölüm halları qeydə alınıb.

Son dörd həftə ərzində ən çox xəstəlik halları İtaliyada (141 255) qeydə alınıb. Onun ardından Rusiya (83 765), Sinqapur (61 230) Böyük Britaniya (53 280) və Rumıniya (39 585) gəlir. Ən çox ölüm halları isə Hindistanda (1260) qeydə alınıb. Sonrakı yerlərdə İtaliya (560), Rusiya (172), İsveç (138) və Avstraliya (120) qərarlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti