Ermənistan sahibkarları ilə İran şirkətlərinin yeni işbirliyi

Ermənistan sahibkarları ilə İran şirkətlərinin yeni işbirliyi
  28 Oktyabr 2023    Oxunub:1243
Qərbin sanksiyaları altında olan İranla bütün regional layihələrdən təcrid edilmiş Ermənistanın ikitərəfli əlaqələri "genişləndirmək"dən başqa “xilas” yolları qalmayıb.
AzVision.az xəbər verir ki, İranın İnnovasiya və Rifah Fondunun 49-cu “İxrac Bazar günləri” tədbiri çərçivəsində Ermənistanın ticarət və texnologiya heyətinin İrana səfəri zamanı İranın 8 peşə əsaslı şirkəti Ermənistanın ticarət nümayəndə heyəti 6 milyon dollarlıq əməkdaşlıq sazişləri imzalayıb.

Ermənistanın İranda səfərdə olan Kənd Təsərrüfatı birliyinin rəhbəri Hraçiya Bərbəryan və İranın peşə əsaslı şirkətlərinin nümayəndələrinin müqavilələri imzalama mərasimində İranın İnnovasiya və Rifah Fondunun rəhbəri Məhəmməd Sadeq Xəyyatiyan da iştirak edib.
AzVision.az


Teqlər: İran   Ermənistan  





Xəbər lenti