Vaşinqton HƏMAS və SEPAH üzlərinə sanksiya tətbiq edib
Bəyanatda deyilir ki, “Sabirin” briqadasının İranın Fələstində, Suriyada və Livanda vasitəçi qüvvələrinin hazırlanmasında, eləcə də İran daxilində xalq etirazlarının yatırılmasında rol oynadığı bildirilir.
İordaniya vətəndaşı, HƏMAS-la İran arasında maliyyə əlaqəsi olan, Tehranda yaşayan Xalid Qadumi də sanksiyalar siyahısına əlavə edilib.
Sanksiyaların tətbiqi məsələsində İranın Şəhid Fondunun destruktiv roluna da xüsusi diqqət yetirilib.
2007-ci ildə ABŞ tərəfindən qara siyahıya salınan İranın Şəhid Fondu “İslami Cihad” hərəkatına bağlı “Əl-Ənsar” xeyriyyə dərnəyi vasitəsilə adıçəkilən terror təşkilatlarının üzvlərinin ailələrinə milyonlarla dollar köçürüb və bu qruplaşmaların öz sıralarına cəlb edilməsində, eləcə də terror əməliyyatlarının maliyyələşdirilməsində rol oynayıb” , - məlumatda vurğulanır.
Qəzza zolağındakı “Əl-Ənsar” xeyriyyə dərnəyinin direktoru Nasir əl-Şeyx Əli də ABŞ-nin yeni sanksiyaları siyahısına salınıb.
AzVision.az