HƏMAS-ın daha bir komandiri öldürüldü
Bildirilib ki, Əbu Sahiban oktyabrın 24-də dənizdən İsrailin Zikim və Karmia bölgələrinə hücum cəhdini planlaşdırıb və hücuma rəhbərlik edib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 28-nə keçən gecə HƏMAS-ın hava qüvvələrinin komandiri Asəm Abu Rakabanı da öldürüb.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
AzVision.az
Teqlər: