İran mediası İsrail-HƏMAS müharibəsindən Azərbaycana qarşı istifadə edir - VİDEO
“Bakı nefti Qəzza uşaqlarının qatili” başlığı ilə paylaşılan altyazılı videoda hərbi cinayətdə ittiham olunan İsrail dövlətini dəstəkləyən ölkələr sırasında Azərbaycanın da adı çəkilir.
İsrailin hərbi maşınının Azərbaycan tərəfindən yanacaqla təmin olunduğunu iddia edən agentlik, Azərbaycanın Qəzzada öldürülənlərə görə günahkar olduğunu deyir.
Azərbaycan Prezidenti İlham Əliyevlə İsrail rəsmilərinin görüşləri nümayiş etririlən video-materialda, Azərbaycan hakimiyyətinə qarşı ittihamlar səsləndirilir.
“Müxtəlif ölkələr sionist rejim ilə siyasi və iqtisadi əlaqələr quraraq onların müharibə texnikasın yanacaqla təmin edir. Azərbaycan Respublikası təkcə 2021-ci ildə sionist rejimin neft ehtiyacının 60%-dən çoxunu təmin edib. İsrail isə öz növbəsində milyonlarla dollarlıq neft və enerji ixracı müqabilində Bakıya külli miqdarda silah göndərir”, - videoda deyilir.
Maraqlıdır ki, Azərbaycan əraizlərini 30 ildən çox işğal altında saxlayan və müsəlman dini abidələrini təhqir edən Ermənistana Tehranın göstərdiyi və indinin özündə də göstərməyə davam etdiyi hərtərəfli yardım, o cümlədən də yanacaq təminatı ilə bağlı özünü İslam dünyasının “lideri” qismində görən İranın KİV-lərində nədənsə lal-karlıq və korluq sindromu ilə müşaiyət olunur.
AzVision.az
Teqlər: İran Azərbaycan